Bu il maliyyə sektoru 135 min manat cərimələnib

13:26 01.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cari ilin birinci yarısında Mərkəzi Bankın yoxlama-nəzarət tədbirləri nəticəsində maliyyə sektoru 135 min manat cərimələnib.

Hafta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin yarım illiyinə həsr olunmuş maliyyə sabitliyi hesabatının təqdimatında deyib.

O əlavə edib ki, hesabat dövründə 137 lisenziya ləğv olunub.